“Rəqəmsal İpək Yolu”nun əsas komponentlərindən biri də Gürcüstanda fəaliyyət göstərən “Caucasus Online” şirkətidir. “Caucasus Online” şirkəti həmçinin NEQSOL Holding-in tərkibinə daxildir. “Caucasus Online” şirkətinin infrastrukturu “Rəqəmsal İpək Yolu” layihəsinin Avropaya aid hissəsini təşkil edir.
“Rəqəmsal İpək Yolu”nun Avropa hissəsi Qara dənizin dibi ilə Bolqarıstan və Gürcüstan arasında “Caucasus Online” şirkətinin sahib olduğu fiber-optik sualtı infrastrukturdan ibarətdir.
1200 km uzunluğu olan Qafqaz Kabel sistemi kabeli (2008-ci ildə tikilib) 12 terabit/s məlumat ötürmə gücünə malikdir. Bu göstəricinin 16 terabit/s-ə qədər yenilənməsi planlaşdırılır. Hesablamalar göstərir ki, əlavə investisiyaların yatırılması ilə bu xətt 50 terabit/s trafik tələbini ödəmək potensialına malikdir.