“AzerTelecom” şirkəti 2018-ci ilin sonundan Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması məqsədilə Azərbaycan Respublikası ilə Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi üçün “Transxəzər Fiber Optik Kabel Xətti” layihəsinə start verib.
Layihə iki istiqamətdən ibarətdir. Birinci istiqamət Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini, ikinci istiqamət isə Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini nəzərədə tutur.