Rəqəmsal İpək Yolu layihəsi

Rəqəmsal İpək Yolu layihəsinin icrası rəqəmsal məzmunun və internet xidmətlərinin Avropa internet mərkəzlərindən Qafqaz, Mərkəzi və Cənubi Asiya ölkələrinə ötürülməsini nəzərdə tutur.

Müxtəlif ölkələrin - Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistanın ərazisindən keçməklə bu meqa rəqəmsal telekommunikasiya dəhlizi yüksək ötürmə qabiliyyəti və məlumatların ötürülməsində ən az gecikmə ilə ən optimal, ən qısa marşrut olacaq və regional əməkdaşlıq və inkişafa təkan verəcək.

Bu, həmin regionların internet trafikinə artan tələbatını ödəməyə və regionda rabitə xidmətlərini yaxşılaşdırmağa kömək edəcək. Bundan başqa, layihə Avrasiyada iqtisadi sabitliyi və rifahı genişləndirəcək.