Biz daha yaxşı və sürətli gələcək qururuq

Tərəfdaşlarımız

“AzerTelecom” şirkəti “Rəqəmsal İpək Yolu” layihəsinin icrası çərçivəsində müxtəlif yerli və xarici telekommunikasiya operatorları ilə sıx əməkadşlıq edir. 

Qarşılıqlı faydalı əməkdaşlıq üzrə indiyədək Avropa, Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq regionu ölkələrinin müxtəlif telekommunikasiya operatorları ilə müvafiq sənədlər imzalanıb. 

“AzerTelecom” şirkəti Xəzər Enerji Klubu (Caspian Energy Club), Amerikanın Azərbaycandakı Ticarət Palatası (AMCHAM) və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) kimi nüfuzlu təşkilatların üzvüdür.

“AzerTelecom” şirkəti “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində bir çox dövlətlərin telekommunikasiya operatorları, o cümlədən “Kazakhtelecom”, “Turkmentelekom”, “Caucasus Online”, “DE CİX”, “McKinsey and Company”, “Axiom”, “Detecon” ilə sıx əməkdaşlıq edir.