Sərhədləri aşan bağlantı

NEQSOL Holdinqin tərkibinə daxil olan AzerTelecom “Rəqəmsal İpək Yolu” adlı regional bağlantı layihəsini həyata keçirir. Proqram başlıca olaraq fiber optik infrastrukturun qurulması, regional bağlantı potensialının və nüfuzunun artırılması, iqtisadi artıma töhfə vermək və Azərbaycanda və regionda etibarlı rəqəmsal ekosistemin qurulması səylərini dəstəkləməklə Asiya və Avropa arasında yeni internet marşrutunun yaradılmasına yönəlib.

Vizyon

Asiya və Avropanı birləşdirən öz sinfində ən yaxşı rəqəmsal marşrutun qurulması və idarə olunması.

Missiya

Son məntəqələr arası bağlantı üçün zəruri olan şəbəkənin tərkib hissələrini qurmaq və ya təkmilləşdirmək və bu komponentləri vahid, etibarlı, öz sinfində ən yaxşı mərkəzləşdirilmiş şəbəkədə birləşdirmək.

Strategiya

  • Son məntəqələr arası bağlantı üçün zəruri olan şəbəkənin tərkib hissələrini qurmaq və təkmilləşdirmək
  • Bu komponentləri vahid, işlək, öz sinfində ən yaxşı mərkəzləşdirilmiş şəbəkədə birləşdirmək
  • Bu şəbəkədə dünya səviyyəli rabitə, rəqəmsallaşma və məzmun provayderlərini cəlb edəcək etibarlı və davamlı rəqəmsal telekommunikasiya dəhlizi qurmaq.