Azərbaycanda rəqəmsal infrastruktur layihəsi

AzerTelecom “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində ölkə daxilində dayanıqlı magistral kabel infrastrukturunun tikintisi layihəsinə start verib. Bu layihə icra olunan “Rəqəmsal İpək Yolu” layihəsinin Azərbaycan hissəsini təşkil edir. Ölkə daxilində müvafiq infrastrukturun qurulması üçün “AzerTelecom” və “Azərbaycan Dəmir Yolları” QSC arasında mövcud dəmir yollarının mühafizə zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsi ilə bağlı müvafiq sənədlər imzalanıb.

Dəmir yolları boyunca fiber-optik magistral infrastrukturun tikintisi qonşu regionlara və ölkələrə multiterabitli həcmdə məlumatların ötürülməsinə imkan verəcək.

Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsi ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək, ölkə üzrə yeni dayanıqlı infrastruktur, qonşu dövlətlərlə genişzolaqlı fiber-optik kabel əlaqələri formalaşdıracaq və telekommunikasiya sektorunun inkişafına ciddi təkan verəcək.